2024/2025 mövsümdən yeni formatda keçirilən Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq.
Sportinfo.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri İngiltərədə keçiriləcək.
“Mançester Siti” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edəcək.
“Jirona” Fransada PSJ-nin qonağı olacaq. “Borussiya” (Dortmund) Belçikada “Brügge” ilə üz-üzə gələcək.
Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.
18 sentyabr
I tur
20:45. “Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
20:45. “Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya)
23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) - Jirona (İspaniya)