“Linkoln” ilk oyunu qazandı - "Qarabağ"ın potensial rəqiblərinin duelində

10 İyul 2024 01:50 Çempionlar Liqası 2 524
“Linkoln” ilk oyunu qazandı - "Qarabağ"ın potensial rəqiblərinin duelində

Çempionlar Liqasında 1-ci təsnifat mərhləsinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri üz-üzə gəlib.

“Hamrun” Maltada Cəbəllütariq “Linkoln”unu qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Linkoln"un yeganə qolunu 37-ci dəqiqədə Ethan Britto vurub.

Bu komandalar arasında cavab görüşü iyulun 16-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...