COP29

"Mançester Siti" bu gecə "Real"ı ÇL-dən uzaqlaşdıracaq?

17 Aprel 18:20 Çempionlar Liqası 537
"Mançester Siti" bu gecə "Real"ı ÇL-dən uzaqlaşdıracaq?

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.

“Etihad” stadionunda baş tutacaq matçda “Mançetser Siti” İspaniya nəhəngi “Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.

“Bavariya” – “Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətirəcəklər.

Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, “Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!