COP29

“Barselona” Parisdə, “Atletiko” Madriddə qazandı - ÇL-dən NƏTİCƏLƏR

11 Aprel 01:00 Çempionlar Liqası 1 148
“Barselona” Parisdə, “Atletiko” Madriddə qazandı - ÇL-dən NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İspaniya klublarından “Atletiko” ev, “Barselona” səfər matçına çıxıb.

Madrid təmsilçisi öz meydanında Dortmund “Borussiya”sını minimal fərqlə üstələyib. Kataloniyalılar isə Parisdə yerli PSJ-ni məğlub ediblər.

Bu cütlər arasında cavab görüşləri aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, bir gün əvvəl keçirilən qarşılaşmalarda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar:
Rodriqo de Paul, 5, Samuel Lino, 32 – Sebastyen Alle, 81
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.

PSJ (Fransa) – “Barselona” (İspaniya) 2:3
Qollar:
Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37;62, Andreas Kristensen, 77
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park De Prens” stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"