"PSJ bir qədər favorit olacaq, çünki onların daha güclü heyəti var"

5 Aprel 2024 00:10 Çempionlar Liqası 1 218
"PSJ bir qədər favorit olacaq, çünki onların daha güclü heyəti var"

“Tuluza”nın baş məşqçisi Karlos Martinez Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə PSJ arasında keçiriləcək matçlar haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubunun bu oyunlarda favorit olacağını bildirib:

“Əlbəttə, PSJ bir qədər favorit olacaq, çünki onların daha güclü heyəti var. Bununla belə, “Barselona” parislilərə qarşı lazımi şəkildə oynayacaq, ona görə ki, komanda yaxşı formadadır.

“Barselona”nın PSJ-nin Kilian Mbappe, Osman Dembele kimi sürətli hücumçularını dəf etmək üçün yaxşı müdafiəsi var”.

Martinez əvvəllər “Barsa”nın akademiyasında məşqçi işləyib.

“Barselona” və PSJ arasında ilk oyun Parisdə, cavab görüşü isə Kataloniya keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”