"Onlara qarşı ən kiçik səhvə yol verə bilməzsən"

15 Fevral 2024 18:40 Çempionlar Liqası 344
"Onlara qarşı ən kiçik səhvə yol verə bilməzsən"

“Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə məğlubiyyəti (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı oyunçu futbolda təsadüflərin olmadığını bildirib:

“Futbolda təsadüflər yoxdur. Ardıcıl ikinci oyundur ki, heç nədən buraxdığımız qollar oldu.

Belə bacarıqlı rəqibə qarşı ən kiçik səhvə yol verə bilməzsən. Biz gördük ki, hər şeyi düzgün etsək, onlarla rəqabət apara bilərik. Doğma stadionumuzda bütün gücümüzü göstərəcəyik”.

Bu komandalar arasında cavab matçı martın 6-da, saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq