"Bu matç üçün proqnozum? 1:0. Kim qol vuracaq? O, mən olacam"

6 Aprel 2024 01:40 Çempionlar Liqası 1 724
"Bu matç üçün proqnozum? 1:0. Kim qol vuracaq? O, mən olacam"

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyunu ərəfəsində keçirdiyi emosiyalardan danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu çox həyəcanlı olduğunu bildirib:

“Mən çox həyəcanlıyam. Bu, mənim turnirdə ilk 1/4 final matçımdır və orada oynamaq arzumdur. Biz öz futbolumuzu oynamalı və rəqibə üstünlük imkanı verməməliyik.

Bu matç üçün proqnozum? 1:0. Kim qol vuracaq? O, mən olacam”.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə PSJ arasında ilk oyun aprelin 10-da baş tutacaq.

16 yaşlı Yamal bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu