"Barselona", "Mançester Siti" və PSJ yeni mövsümə qələbə ilə başladı – ÇL-dən NƏTİCƏLƏR

20 Sentyabr 01:00 Çempionlar Liqası 344
"Barselona", "Mançester Siti" və PSJ yeni mövsümə qələbə ilə başladı – ÇL-dən NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, E, F, G və H qruplarında I turun oyunları keçirilib.

Günün maraqla gözlənilən görüşü Fransada olub. PSJ öz meydanında Almaniyanın “Borussiya” (Dortmund) klubunu məğlub edib.

Turnirin son qalibi “Mançester Siti” İngiltərədə qəbul etdiyi Serbiyanın “Srvena Zvezda” komandası üzərində əzmkar qələbə qazanıb.

İspaniya “Barselona”sı isə doğma arenasında Belçika klubu “Antverpen”i darmadağın edib.

F qrupu

20:45. "Milan" (İtaliya) - "Nyukasl" (İngiltərə) - 0:0

23:00. PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0

Qollar: Mbappe, 49-pen; Hakimi, 58

G qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Leyptsiq" (Almaniya) - 1:3

Qollar: Elia, 33 - Simakan, 3, Şxlaqer, 73, Sesko, 90+2

23:00. "Mançester Siti" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 3:1

Qollar: Alvares, 47, 60, Rodri, 73 - Bukari, 45

E qrupu

23:00. "Latsio" (İtaliya) - "Atletiko" (İspaniya) - 1:1

Qollar: Provedel, 90+5 - Barrios, 29

23:00. "Feyenoord" (Niderland) - "Seltik" (Şotlandiya) - 2:0

Qollar: Stenqs, 45+2, Cahanbəxş, 76

Qırmızı vərəqə: Laqerbelke, 64, Tiaqo Holm, 68 ("Seltik")

H qrupu

23:00. "Barselona" (İspaniya) - "Antverpen" (Belçika) - 5:0

Qollar: Feliks, 11, 66, Levandovski, 19, Batay, 22-avtoqol, Qavi, 54

23:00. "Şaxtyor" (Ukrayna) - "Portu" (Portuqaliya) - 1:3

Qollar: Kelsi, 13 - Qaleno, 8, 15, Taremi, 29

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu