
Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin son 1 cütü də müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, ilkin mərhələnin finalında “Breydablik" (İslandiya) “Buduçnost”a (Monteneqro) 5:0 hesabı ilə qalib gəlib.
Bununla da "Breydabilk" Çempionlar Liqasında “Şemrok Rovers”ə (İrlandiya) rəqib olub.
İyunun 21-də ÇL-də ikinci mərhələnin püşkatması keçiriləcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.
1-ci təsnifat mərhələsinin bütün cütlərini təqdim edirik:
“Haken” (İsveç) - TNS (Uels)
“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan)
“Şemrok Rovers” (İrlandiya) - “Breydablik" (İslandiya)
“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)
“Klaksvik” (Farer adaları) - “Ferensvaroş” (Macarıstan)
“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)
HIK (Finlandiya) - “Larn” (Şimali İrlandiya)
“Linkoln Red İmps” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)
“Rakuv” (Polşa) - “Flora” (Estoniya)
“Slovan” (Slovakiya) - “Svift Hesper” (Lüksemburq)
“Farul” (Rumıniya) - “Şerif” (Moldova)
“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) - BATE (Belarus)
“Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan)