Çempionlar Liqasında mövsümün ilk püşkü - CÜTLÜKLƏR

13 İyun 2023 15:40 Çempionlar Liqası 1 738
Çempionlar Liqasında mövsümün ilk püşkü - CÜTLÜKLƏR

Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.

I təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti