Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı - Çempionlar Liqası

19 Aprel 2024 18:20 Çempionlar Liqası 2 873
Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı - Çempionlar Liqası

Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Maatsenin 1/4 final mərhələsində “Atletiko” ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.

22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bayern”, Almaniya) mübarizədən qalib ayrılıb.

“Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib.

Komandalar arasında Madriddəki ilk qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi