Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər

6 May 2021 15:40 Çempionlar Liqası 677
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Çelsi"dən N Qolo Kante ilə Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrez iddia edir.

Kante evdə "Real"ı 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Haverts həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Mahrez Fransa PSJ-sini eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Dias isə 92 faiz dəqiq ötürmə verib və iki dəfə rəqib oyunçu ilə mübarizədən qalib ayrılıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti