“Qarabağ”dan: “O, yaxın günlərdə son qərarını bizə deməlidir”

8 İyul 2024 15:00 Çempionlar Liqası 4 413
“Qarabağ”dan: “O, yaxın günlərdə son qərarını bizə deməlidir”

«Biz ona iş təklif etmişik və bir neçə seçim imkanı vermişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ» Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.

O, iyunun əvvəlində futbolçu karyerasını bitirən Maksim Medvedevin tezliklə məşqçi həyatına atılacağını bildirib.

Qeyd edib ki, 34 yaşında butsılarını mıxdan asan sabiq kapitan aşağı yaş qruplarından birində fəaliyyətə başlayacaq:

«Maksim kurslara yazılacaq. Uzun illər millidə oynadığı üçün C kateqoriyası avtomatik olaraq ona verilib.

«B»dən başlayacaq. «B»ni oxuması üçün U-14-ədək olan komandalardan birində çalışmalıdır.

Yuxarı yaş qruplarından birində də köməkçi kimi işləyə bilər. Maksimin özünün də məşqçiliyə həvəsi var.

Yaxın günlərdə son qərarını bizə deməlidir».

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk