COP29

Müharibədən qaçdı, üçüncü dəfə Azərbaycana gəldi, bu məbləğə RAZILAŞDI

10 İyul 12:40 Çempionlar Liqası 2 084
Müharibədən qaçdı, üçüncü dəfə Azərbaycana gəldi, bu məbləğə RAZILAŞDI

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə yollanan “Araz-Naxçıvan” növbəti transferini həyata keçirib.

Klubun mətbuat xidməti saytımızın Felipe Santosun transferiylə bağlı 3 gün öncə yaydığı xəbəri az öncə rəsmən təsdiqləyib.

Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı cənubi amerikalı “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.

Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb.

O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin uğurları üçün çalışıb.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu “Hapoel" (Hayfa) olub.

O, İsraildən müharibəyə görə ayrılıb.

Belə ki, HƏMAS-la aylardan bəri davam edən münaqişə «sambaçı»nın bu ölkədən ayrılmasını şərtləndirib. Çünki ailəsi və yaxınları da Azərbaycana qayıtması üçün ona təsir göstərib.

Braziliyalı İsraildə aylıq 17 min dollar qazanırdı. Bu isə onun ölkəmizdə qazandığı məbləğdən qat-qat çoxdur.

"Şamaxı"da məvacibi 7500 dollar olan Felipe "Qəbələ"də 10 min dollar civarında gəlir əldə edirdi. İndi isə "Araz Naxçıvan" ona digər iki klubdan daha artıq vəsait ödəyəcək.

Cənubi amerikalı Muxtar Respublika təmsilçisindən 15 min dollara yaxın əməkhaqqı alacaq.

“Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb.

Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə isə müqaviləni yeniləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?