"Sabah"ın ev oyununun məkanı dəyişdirildi

16 Noyabr 2023 08:40 Basketbol 982
"Sabah"ın ev oyununun məkanı dəyişdirildi

Basketbol üzrə FİBA Avropa Kubokunun müntəzəm mövsümünün D qrupunun 6-cı turu çərçivəsində “Sabah”ın Bakıda Çexiyanın “Nimburk” klubunu qəbul edəcəyi məkan bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun noyabrın 22-də keçirəcəyi görüşün yeri dəyişdirilib.

Öncədən görüşün “Sərhədçi” İdman Mərkəzində keçirilməsi gözlənilirdi. Lakin görüşün yeni məkanı Bakı İdman Sarayı olub.

Bunu səbəbi isə bu günlərdə “Sərhədçi” idman mərkəzinin Hərbi Güləş üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"