Roberto Karlos və gənc azərbaycanlı futbolçular - FOTO

1 Dekabr 2020 14:40 Bizimkilər 768
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - FOTO

Gənc azərbaycanlı futbolçuların iştirak etdiyi “Dostluq üçün futbol” onlayn dünya çempionatının püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, beynəlxalq uşaq sosial proqramı çərçivəsində keçirilən turnirdə 32 komanda iştirak edəcək.

Püşkatmaya əsasən azərbaycanlı futbolçulardan Mikayıl Abdullayev “Cənubi Amerika harpiya qartalı”, Ələmdar Əhmədov “Çay delfini”, İsmayıl Vəliyev isə “Odlu salamandr” komandalarının heyətində mübarizə aparacaqlar.

Uşaqlar Fransa, Uqanda, Tanzaniya, Cənubi Koreya, Rumıniyadan olan iştirakçılarla birgə qarışıq komandalarda çıxış edəcək.

Ümumilikdə dünya çempionatında 100-dən çox ölkə iştirak edəcək. Çempionatın finalı dekabrın 9-da baş tutacaq. Yarışın qaliblərinə 2021-ci il Çempionlar Liqasının İstanbulda keçiriləcək finalına biletlər təqdim olunacaq.

Canlı yayımlanan püşkatma mərasiminin xüsusi qonağı braziliyalı futbol ulduzu Roberto Karlos olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”