“Qarabağ”a ona görə də qalib gəldik” - "Dinamo"nun baş məşqçisi

8 Avqust 02:50 Qarabağ 359
“Qarabağ”a ona görə də qalib gəldik” - "Dinamo"nun baş məşqçisi

"Dinamo"nun (Kiyev) baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la (1:0) matçından sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk oyundakı qalibiyyəti belə şərh edib:

"Xarakter sayəsində qalib gəldik. Meydanda əsl kollektiv oyun nümayiş etdirdik.

Ona görə də qalib gəldik. Yeni kombinasiyalar axtarışındayıq və fərqli gedişatlara baxırıq.

Heyətimizə yenidən qayıtmış futbolçular var. Əvəzetmələrlə oyunumuzu gücləndirdik və oyundakı keyfiyyətimizi də artırmaq istəyirdik. Əslində, qol epizodları yaratdıq.

Məncə, "Qarabağ"a daha çox qol vura bilərdik. Əlbəttə ki, qol epizodlarından istifadə edə bilmədik"

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi