Mahir avrokubokda növbəti oyununu qolsuz keçirdi

7 Avqust 00:40 Bizimkilər 297
Mahir avrokubokda növbəti oyununu qolsuz keçirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa “Rakuv”unun heyətində növbəti avrokubok oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İsveçdən “Hammarbü” ilə keçirdikləri ilk oyunda 90 dəqiqə meydanda olub.

Amma qarşılaşma qolsuz yekunlaşıb.

Komandalar arasındakı cavab görüşü gələn həftə İsveçdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM