“Asiyadan və Rusiya klubundan təkliflər var idi, Türkiyəni seçdim”

02:50 Bizimkilər 114
“Asiyadan və Rusiya klubundan təkliflər var idi, Türkiyəni seçdim”

Elvin Yunuszadənin "Boluspor"u (Türkiyə) seçməsində mentalitet əsas rol oynayıb.

Sportinfo.az xəbər verir ki, o, bunu "report"a açıqlamasında deyib.

O, başqa klublardan da təkliflər aldığını açıqlayıb:

"Asiyadan və Rusiya klubundan da təkliflər var idi. Türkiyəni seçməyimdə böyük faktor həm liqanın keyfiyyəti, həm də mentalitetin eyni olmasıdır".

Müdafiəçi Türkiyə I Liqasının səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb:

"I Liqa olmasına baxmayaraq, səviyyəsi, çox yaxşıdır. Güclü komandalar və futbolçular var. Düşünürəm ki, belə çempionatda oynamaq hər bir futbolçunun inkişafına müsbət təsir göstərir".

"Boluspor"la müqavilə imzalayan E.Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 17:30 Çək və bizə göndər!