“Son dəqiqəyə kimi döyüşəcəyik, bizim xarakterimizdə təslim olmaq yoxdur” - FOTO

8 Avqust 00:50 Qarabağ 448
“Son dəqiqəyə kimi döyüşəcəyik, bizim xarakterimizdə təslim olmaq yoxdur” - FOTO

“Qarabağ”ın hücumçusu baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı Konfrans Liqasındanın 3-cü təsnifat mərhələsinin ilk görüşündə Kiyev “Dinamo”suna 0:1 hesablı məğlubiyyətlə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, instaqram hesabında bununla bağlı yazıb.

Musa Qurbanlı komandasının sona qədər döyüşəcəyini bildirib:

“Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur”.

Komandalar arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti