"Dinamo" əvvəlki deyil, zəifləyib, "Qarabağ" mərhələni keçə bilər"

08:20 Qarabağ 51
"Dinamo" əvvəlki deyil, zəifləyib, "Qarabağ" mərhələni keçə bilər"

"Qarabağ"ın Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Dinamo"ya (Kiyev) məğlub edərək pley-offa yüksəlmək şansı var.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qəbələ" və "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

O, ötən gün Polşada "Dinamo"ya uduzan "Qarabağ"ın cavab matçında daha yaxşı çıxış edə biləcəyinə inandığını bildirib:

"İlk matç olduğu üçün hər iki tərəf ehtiyatlı oyuna üstünlük verirdi. Matçda dinamikanın o qədər də yüksək olmadığını hiss edə bilirdik.

Komandalar daha çox taktiki plan üzrə oynamağa çalışırdılar. Fərdi səhvlər ucbatından "Dinamo" qol vurmağı bacardı.

Lakin bildirməliyəm ki, "Qarabağ"ın pley-offa yüksəlmək üçün şansı var. Çünki cavab qarşılaşması Bakıda olacaq. Bu isə komandamız üçün müəyyən üstünlük deməkdir".

O, "Dinamo"nun əvvəlki illərlə müqayisədə həm oyun, həm də komanda baxımından dəyişdiyini söyləyib:

"Bu matçda da gördük ki, "Dinamo" əvvəlki "Dinamo" deyil. Heyətdə daha çox yerli və gənc oyunçulara üstünlük veriblər.

Bu səbəbdən "Qarabağ"ın cavab matçında daha üstün çıxış edərək mərhələni keçə biləcəyinə inanıram".

"Dinamo" - "Qarabağ" görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!