Üç dəfə “Qarabağ”a gəlib-getməsinin səbəbi var imiş...

7 Avqust 23:20 Qarabağ 329
Üç dəfə “Qarabağ”a gəlib-getməsinin səbəbi var imiş...

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yeni klubu Rusiya təmsilçisi “Soçi”nin rəsmi saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı forvard karyerası, “Qarabağ”dakı xüsusi dövrü və Azərbaycan yığmasını seçmək qərarı barədə maraqlı məqamlara toxunub.

Şeydayev karyerasında qazandığı uğurlar arasında “Qarabağ”la əldə etdiyi Azərbaycan çempionluğunu ən xüsusi titul adlandırıb:

“Yəqin ki, bu, Qarabağ”la 2022/2023 mövsümündə Azərbaycan çempionluğu olar. Bütün mövsüm oynadım, böyük iş gördüm və bombardir oldum.

Mənim üçün ən xüsusi titul məhz budur. Üç dəfə kluba qayıtmağım hər dəfə fərqli şərait yaranması ilə bağlı idi.

Bu barədə uzun danışmaq olar. Amma əlbəttə ki, “Qarabağ” karyeramın əsas klublarından biridir.

Çempionlar Liqası və Avropa Liqası çox gözəl turnirlərdir. İstər evdə, istərsə də səfərdə böyük azarkeş marağı və xüsusi atmosferdə oynamaq çox xoş idi".

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!