Yığmaya çağırılanlar üçün dünya çempionatı öncəsi seminar təşkil olundu

05:00 Cüdo 74
Yığmaya çağırılanlar üçün dünya çempionatı öncəsi seminar təşkil olundu

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvləri üçün seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, dünya çempionatı ərəfəsində baş tutan seminara ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib.

Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər.

Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub.

Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib.

Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!