“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur, PAOK-dan güclü komanda olduğunu deməzdim”

01:50 Qarabağ 82
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur,  PAOK-dan güclü komanda olduğunu deməzdim”

Kiyev “Dinamo”sunun sabiq hücumçusu Artyom Milevski “Qarabağ” barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı futbol adamı ölkəsinin sport.ua saytına müsahibəsində “Dinamo”nun hazırkı oyunundan narazılığını bildirib.

“Dinamo” artıq avrokuboklarda 4 oyun keçirib. Doğrusu, mən heç bir fərq görmürəm.

Ponomarenko (hücumçu Matvey Ponomarenko - red.) öz aləmindədir, komanda da öz aləmində. Belə olmaz.

Bütün problemlər də buradan başlayır. Hücum etmirsənsə, oyuna da nəzarət edə bilmirsən.

Daim müdafiə olunur, daim əziyyət çəkirsən. İstər “Universitatya”, istərsə də PAOK-la oyun olsun, eyni mənzərədir.

Heç nə dəyişmir. Mən futbolçuların istəmədiyini demirəm.

Düşünürəm ki, çalışırlar. Amma meydanda bunu görmək olmur” - deyə, Milevski bildirib.

Ukrayna millisinin sabiq oyunçusu “Qarabağ”ı PAOK-dan güclü hesab etmədiyini də vurğulayıb:

“Qarabağ”ın PAOK-dan güclü komanda olduğunu deməzdim. Təcrübələri var, buna söz yoxdur.

Amma şişirtməyə də ehtiyac yoxdur. Bolqarıstanın SSKA klubu ilə iki oyunda bir qol da vura bilmədilər və penaltilər seriyasından sonra mübarizəni dayandırdılar. Bu da nəyisə göstərir”.

Milevski əsas diqqətinin “Dinamo”nun oyununa yönəldiyini deyib:

“Mənə artıq ‘Qarabağ’dan çox “Dinamo”nun necə oynayacağı maraqlıdır. Nəhayət, necə oynamaq istədiyini bilən normal “Dinamo” görmək istəyirəm.

Hücum xətti özünü göstərməlidir, müdafiə də daha diqqətli olmalıdır. Ümid edirəm ki, futbolçular özləri üçün motivasiya tapacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!