"Mən nadir hallarda qarşıma şəxsi hədəflər qoyuram"

7 Avqust 23:40 Hadisə 414
"Mən nadir hallarda qarşıma şəxsi hədəflər qoyuram"

"Mən nadir hallarda qarşıma şəxsi hədəflər qoyuram".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Zaur Həşimov deyib.

"Pro" kateqoriyalı mütəxəssis 6 illik fasilədən sonra Premyer Liqa səhnəsinə dönüb. Bunadək "Zirə"ni çalışdırmış Həşimov iyunda paytaxt təmsilçisinin sükanı arxasına keçib.

O, 21 illik aranın üstündən elitaya dönmüş "ağ-göylər"lə 3 illik müqavilə bağlayıb.

Müsahib yeni hədəfləri barədə bunları söyləyib:

"Mənim üçün komandanın hədəfləri hər zaman hər şeydən öndə gəlir. Çünki komanda uğur qazananda, hər şey mənim üçün yaxşı gedir.

Altı il əvvəllə indiki Premyer Liqa arasında nələr dəyişib? Çox şey dəyişib.

Mən işlədiyim dövrdə 8 komanda var idi, amma indi say 12-dir. Bölgələrimizi təmsil edən klubların sayı artıb.

Səviyyənin yüksəldiyi kənardan görünür. Həqiqətən arada fərq var".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi