Qızların millisi Şimali Makedoniyaya qalib gəldi - Avropa çempionatının B divizionunda

8 Avqust 04:30 Basketbol 247
Qızların millisi Şimali Makedoniyaya qalib gəldi - Avropa çempionatının B divizionunda

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 75:73.

Yığma növbəti matçını sabah Estoniya komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM