Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

04:50 Tennis 52
Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Türkiyənin Yalova şəhərində təşkil olunacaq hazırlıq prosesində Sofiya Trofimenko, Banu İmanverdizadə, Şakir Qədirov və Vaqif Babayev iştirak edəcəklər. Məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar avqustun 16-dək təcrübələrini artırmağa çalışacaqlar.

Stolüstü tennisçilər təlim-məşq toplanışı çərçivəsində Türkiyə, Bolqarıstan, Rumıniya, Kosova və Estoniya komandalarının istirakı ilə keçiriləcək turnirdə də bacarıqlarını göstərəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!