Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı - QALİBLƏR

04:20 Digər növlər 59
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı - QALİBLƏR

Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, avqustun 4-6-da Bakı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011–2012-ci il təvəllüdlülər) arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları keçirilib.

Final mərhələsinin nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib.

Yeniyetmələr arasında halqa və top hərəkətlərində Amina Novruzova (BGM) qızıl medal qazanıb. Gürzlər və lent üzrə isə Güllüzar Şərifova (OCAQ) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclərin yarışında Nur Sadıqova (RKİM) halqa, top və gürzlər üzrə qızıl medallara sahib çıxaraq çempionatın ən uğurlu gimnastlarından biri olub. Lent proqramında isə qızıl medalı Leyla Nemakina (OCAQ) əldə edib.

Üç gün davam edən ölkə çempionatı ərzində gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Final günündə ən güclü idmançılar medallar uğrunda mübarizə apararaq yarışa yekun vurublar.

Sonda qaliblər diplom və medallarla təltif olunublar. Çempionat gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlıq baxımından mühüm mərhələ kimi dəyərləndirilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!