Qarabağ qazilərinin yaraları sağalır - VİDEO

27 Noyabr 2020 03:00 Bizimkilər 499
Qarabağ qazilərinin yaraları sağalır - VİDEO

Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad etmiş qazilər müalicə və reabilitasiya dövrü keçir.

Onların bir qismi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının reabilitasiya mərkəzində görüşdük.

Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış və sol qolunu itirmiş qazimiz Elnur Əkbərov üçün ən böyük məlhəm və motivasiya qələbənin qazanılmasıdır.

Elnur kimi Mirrəhim Əhmədov da ağır və şərəfli döyüş yolu keçib. Vətən uğrunda sağ gözünün nurunu itirmiş Mirrəhim yaralı vəziyyətdə də döyüşməyə davam edib.

Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışan heyətin ən ümdə arzusu bura gələn qazilərimizi sağlam evlərinə qaytarmaqdır.

İnanırıq ki, yaralı qazilərimiz qısa müddətdə sağlamlıqlarına qovuşacaqlar. Biz isə onlar üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Ən azı ona görə ki, hər birimizin bu qəhrəmanlara can borcumuz var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!