Millimizin hücumçusu penaltini qaçırdı, məğlubiyyətlə üzləşdilər - Türkiyədən VİDEO

11 Dekabr 2023 01:10 Bizimkilər 2 204
Millimizin hücumçusu penaltini qaçırdı, məğlubiyyətlə üzləşdilər - Türkiyədən VİDEO

Türkiyə çempionatında 15-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbayca millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" "Başakşehir"in qonağı olub.

Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 11-ci dəqiqədə Mehdi Abeid vurub.

Renat meydana start heyətdə çıxıb və sonadık oynayıb. O, 90+9-cu dəqiqədə penaltidən yararlana bilməyib.

"Hatayspor" hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?