İlkin Fikrətoğlu - Ondan canımız qurtardı, indi qaldı əsas məsələ - AFFAda dəyişiklik...

23 Noyabr 2023 11:20 Bizimkilər 3 816
İlkin Fikrətoğlu - Ondan canımız qurtardı, indi qaldı əsas məsələ - AFFAda dəyişiklik...

Azərbaycan futbolu daha bir "paz"dan, özü də lap həyasızın birindən - canını qurtardı.

Düzdür, daha böyük "pazlar" hələ yerindədir. Onların vaxtı martda çatacaq.

Ona görə bu məsələlərdən anlamayan, seçki nədir, AFFAda rəhbərlik necə dəyişir və s. qanmayanlar jurnalistə cəsarət öyrətməyi özündə saxlasın.

Evdə ailəsinə söz deyə bilməyənlər də gəlib sənə "facebook"da cəsarət dərsi keçir...

"Byazilik heç nə yoxdur" deyənlər, bunu biz də bilirik. Ona görə deyirik ki, Byazi və ya qeyri bir xaricinin burada nə iti azıb?

Madam ki, bu futbolçularla 7-8 xaldan artıq yığmaq mümkün deyil, onda, qoy, öz məşqçilərimiz işləsin.

Estoniyanı hər iki oyunda udmağı Tərlan Əhmədov da bacarar, Samir Abasov da (Hərçənd De Byazi Estoniyanı 2 oyunda da məğlub edə bilmədi).

İsveç kimi komandalardan isə 30 ildə hər tsikldə birinə qalib gəlmişik (İsveçrə, Slovakiya, Serbiya, Türkiyə və s).

Abırlı gəlib, abırsız gedən De Byazidən canımız qurtardı.

İndi qaldı əsas məsələ - AFFAda dəyişiklik...

İlkin Fikrətoğlu
"feysbuk qeydi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti