Gədəbəydə qəzaya düşən qazi Bakıda öldü - FOTOLAR

7 Dekabr 2023 12:10 Bizimkilər 1 407
Gədəbəydə qəzaya düşən qazi Bakıda öldü - FOTOLAR

Bir neçə gün əvvəl Gədəbəydə idarə etdiyi avtomobillə qəzaya düşən Vətən müharibəsi qazisi Sərxan Məmmədov vəfat edib.

Slavyanka kəndində “VAZ” markalı avtomobilin aşması nəticəsində xəsarət alan S.Məmmədov daha sonra Bakıdakı Respublika Klinik Xəstəxanasına gətirilib.

Lakin o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Sərxan Vahid oğlu Məmmədov müharibədəki xidmətlərinə görə bir sıra medallarla təltif edilib.



Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?