Vüsalın komandası yarımçıq qalmış matçda 1:1 etdi, liderliyə yüksəldi

24 Noyabr 2023 02:00 Bizimkilər 1 058
Vüsalın komandası yarımçıq qalmış matçda 1:1 etdi, liderliyə yüksəldi

Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 13-cü turun təxirə salınmış oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "Partizani" ilə görüş 24-cü dəqiqədə "Eqnatiya"nın kapitanı Rafael Dvamenanın ürəktutması və həyatını itirməsinə görə yarımçıq qalmışdı.

Görüş qaldığı yerdən davam etdirilib. Oyun 1:1 hesabı ilə də başa çatıb.

Vüsal 76-cı dəqiqədə əvəzlənib. "Eqnatiya" 27 xalla liderdir.

"Eqnatiya" - "Partizani" 1:1

Qollar: Malota, 11 (1:1), Bintsouka, 13 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM