Azərbaycan yığmasının sabiq müdafiəçisi cüzi qazanc qarşılığnda “cırtdan“ ölkəyə getdi

26 Yanvar 2024 11:20 Bizimkilər 1 936
Azərbaycan yığmasının sabiq müdafiəçisi cüzi qazanc qarşılığnda “cırtdan“ ölkəyə getdi

Azərbaycan yığmasının sabiq müdafiəçisi Elvin Yunuszadə “İrəvan”dan ayrılıb.

Cari mövsümün ilk yarısını I Liqa təmsilçisi keçirən 31 yaşlı oyunçu yenidən ölkə xaricinə yollanıb.

O, karyerasını Kosovoda davam etdirəcək.

Eks «Qarabağ»lı “Fuşe Kosovo” ilə müqavilə imzalayıb. Yunuszadə yeni komandası ilə “6 ay + 1 il” formatında sözləşmə imzalayıb.

«Neftçi»nin yetirməsi Balkan yarımadasında aylıq 2000-2500 dollar civarında əməkhaqqı alacaq.

Tərəflər gedişatdan razı qalarsa, gələn sezon məvacibi daha 500 dollar artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!