Türkiyə Super Liqasında 22-ci turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" öz meydanında "Alanyaspor"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 79-cu dəqiqədə əvəzlənib. O, 67-ci dəqiqədə sarı vərəqə də alıb.
22 turdan sonra 22 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
"Hatayspor" - "Alanyaspor" 1:1
Qollar: Rivas, 5 (1:0), Oğun, 89 (1:1)

