Rahil Məmmədov Polşa klubunda nə edə bilər? - AÇIQLANDI

26 Yanvar 2024 03:20 Bizimkilər 1 049
Rahil Məmmədov Polşa klubunda nə edə bilər? - AÇIQLANDI

Azərbaycanın U-21 yığmasının sabiq üzvü, uzun illərdir Polşada çıxış edən Ricat Qarayev sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda "Flota"nın üzvü olan Qarayev Polşadakı durumundan və Rahil Məmmədovun "LKS Lodz"a keçidindən danışıb:

"Polşadakı işlərim yaxşı gedir. Əsasən, dözümlülük məşqlərinə davam edirik.

Bu il liqada üst pillələrdə olmadıq. Amma gələn ildən hədəf yuxarı liqaya qalxmaqdır.

İnanıram ki, hər şey yaxşı alınacaq. Rahilin Polşa klubuna transferindən təbii ki, xəbərdaram.

İlk növbədə ona uğurlar arzulayıram. Ölkə xaricində futbolçularımızın sayının artması Azərbaycan millisinə də xeyir verəcək.

Məncə, Rahil üçün yaxşı seçimdir . Polşa çempionatı olduqca maraqlıdır. Oyunlar da gərgin keçir.

Rahillə danışmamışıq. Bilidiyim qədərilə "LKS Lodz" heyətini gücləndirir və düşünürəm ki, bu yaxın zamanda onları üst pillələrdə görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!