3,4 milyon avro qiyməti olan Azərbaycan millisinin hücumçusu haqda AÇIQLAMA

25 Mart 2024 00:40 Bizimkilər 2 691
3,4 milyon avro qiyməti olan Azərbaycan millisinin hücumçusu haqda AÇIQLAMA

"Yurqorden"in idman direktoru Bosse Andersson Musa Qurbanlı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, "Fotboldirekt"ə danışan İsveç klubunun rəsmisi millimizin forvardının performansını dəyərləndirib:

"Biz Musanı transfer edəndə, artıq çoxları onunla maraqlanırdı. Belə bir oyunçuya maraq həmişə var".

Klub funksioneri Azərbaycan millisinin hücumçusunun 3 milyon 400 min avro dəyərində qiymətləndirildiyi Football Observatory (CIES) məlumatlarına da münasibət bildirib:

“Bu məbləği konkret hesablamaq çətindir. Amma Qurbanlının inkişafını zaman göstərəcək.

Burada çoxlu müxtəlif məlumatlar var. Lakin əlbəttə ki, bir qədər yüksək qiymətləndirildiyi aydındır.

Musa özünə daha çox güvənməlidir. Hücumçu üçün bunun qol vurmaqla çox əlaqəsi var.

Musanın vəziyyətində, bu, çox güman ki, meydana çıxmaqla gələcək. Futbolçularda həmişə belə dövrlər olur.

Bu, hətta Yurgen Klinsmannın başına da gəlib".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!