Cənubi Koreya çempionatında 14-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da çıxış etdiyi "Daejeon" "Qanqvon"la qarşılaşıb.
Görüşdə "Daejeon" 0:2 hesabı ilə uduzub.
Anton da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda "Daejeon" turnir cədvəlində 8-ci pillədə qərarlaşır.

