zərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda 13-cü turda səfərdə “Nyu York Red Bullz” ilə qarşılaşıb.
5 qolun vurulduğu matç rəqibin qələbəsi ilə başa çatıb – 3:2. “Kolumbus Kryu”nun qollarını Maks Arfsten (22) və Dieqo Rossi (64) vurub.
Nəriman isə 85-ci dəqiqədə - oyunda bütün qollar vurulandan sonra meydana daxil olub.
“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.

