İki vəzifəli şəxs Bakıdan Buxarestə getdi ki...

19 Mart 11:20 Bizimkilər 573
İki vəzifəli şəxs Bakıdan Buxarestə getdi ki...

Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın “Oyun analizinə dair Share seminarı” keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.

AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.

Tədbir çərçivəsində oyun analizi, müasir analiz tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun analizi mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!