"Eqnatiya" Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevə başqa komandalara keçməyə icazə verməyib.
gu barədə "report"a 24 yaşlı müdafiəçi açıqlamasında bildirib.
O, hazırda "Eqnatiya"nın heyətində çempionluq mübarizəsi apardıqlarını söyləyib:
"Komandada hər şey yolundadır. Artıq çətin qrafik başlayıb və hər oyuna final gözü ilə baxırıq.
Bizi turnir cədvəlində birinci sırada qərarlaşan komandadan 2 xal ayırır. Qalan bütün görüşlərdə qələbə qazanıb, çempion olmaq istəyirik.
Bunun üçün əlimizdən gələn nə varsa, edirik. İki gün sonra "Vlajniya" komandası ilə vacib oyunumuz var. 3 xal qazanaraq liderliyə yüksəlmək istəyirik".
Z.Əliyev Albaniya çempionatında başqa klublardan təkliflər aldığını gizlətməyib:
"Bir neçə Albaniya klubundan təkliflər aldım, lakin "Eqnatiya" getməyimə icazə vermədi. Son olaraq Litvanın "Jalgiris" komandasından təklif aldım.
Hətta mənim üçün pul da ödəmək istəyirdilər. Lakin "Eqnatiya" məni buraxmaq istəmədi. Gələcək barədə düşünmürəm
. Bütün fikrim "Eqnatiya" ilə çempionluq yaşamaqdır. Mövsüm başa çatdıqdan sonra bu barədə danışa bilərik".
"Eqnatiya" Albaniya çempionatında 27 turdan sonra 49 xalla üçüncüdür. Lider "Vlajniya"nın 51 xalı var.

