“Kicker” açıqladı: “Mahir Emreliyə hələ də böyük ümidlər bəslənir”

12:40 Bizimkilər 125
“Kicker” açıqladı: “Mahir Emreliyə hələ də böyük ümidlər bəslənir”

Almaniyanın tanınmış “Kicker” nəşri “Kauzerslautern”in azərbaycanlı hücumçusu Mahir Emrelinin qarşıdakı oyunla bağlı durumu barədə yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçunun II Bundesliqanın 25-ci turunda “Bohum”a qarşı martın 8-də keçiriləcək matçda iştirakı ilə bağlı vəziyyət dəyərləndirilib.

“Kicker” nəşri yazır: “Qışda komandaya qoşulan Mergim Berişa və Mahir Emreliyə hələ də böyük ümidlər bəslənir.

Hər iki futbolçunun qarşıdakı oyun üçün heyətə daxil ediləcəyi gözlənilir, baxmayaraq ki, onların iştirak ərizəsinə salınması hələ qəti təsdiqlənməyib.

Berişa qısa çıxışlarında istedadının müəyyən işartılarını göstərib. Xüsusilə Emrelidən isə nəhayət, bütün potensialını ortaya qoyması gözlənilir.

Baş məşqçi Torsten Liberknechtin sözlərinə görə, hazırda ən vacib məsələ hər iki futbolçunun formada qalması və öz oyun ritmini tapmasıdır”.

Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan uzun müddət oyunlardan kənarda qalıb.

28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 7 oyunda meydana çıxıb və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti