Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev karyerasına Qırğızıstanda davam edəcək.
O, bu ölkənin yüksək liqa təmsilçisi “Toktoqul” ilə anlaşıb.
Bu klubla 1 illik müqaviləyə qol çəkən Nağıyev son mövsümü Qırğızıstanın digər təmsilçisi “Ozgon”da keçirmişdi.
Ukrayna doğumlu arxa xətt oyunçusu “Toktoqul”un ən ödənişli yeni simalarından biri olacaq. Dmitri burada 3500 dollar əməkhaqqı alacaq.
Ona bir müddət əvvəl Ukraynadan iki təklif gəlib.
Lakin bu ölkədə müharibə davam etdiyi üçün o, geri qayıtmaq variantını dəyərləndirməyib və Orta Asiya respublikasında qalmağa üstünlük verib.
30 yaşlı futbolçu "Dnepr", "Qarabağ"(Vyana), "Sumqayıt", "Kova da Piedad", "Stumbras", "Dinamo-Avto", "Sumqayıt", "İnqulets", "Obolon" və "Minay"da oynayıb.
SPORTİNFO.AZ


