Müharibədə daha 6 azərbaycanlı həlak oldu - SİYAHI

08:00 Bizimkilər 87
Müharibədə daha 6 azərbaycanlı həlak oldu - SİYAHI

Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına daha 6 ad əlavə olunub.

Döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 6 soydaşımız Ukrayna ordusu ilə döyüşlərdə həlak olub.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Mirzə Nazim oğlu Şahüseynov – Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayıb.

Niyazi Nazim oğlu Ağayev – Voronej vilayətinin Liski qəsəbəsində yaşayıb.

Telman Harun oğlu Yaqubov – 4 avqust 1978-ci il təvəllüdlüdür. Moskvada yaşayıb.

Arif Qulu oğlu Haqverdiyev – 7 iyul 1982-ci il təvəllüdlüdür. Krasnodar diyarının Armavir şəhərində yaşayıb.

Etibar Arif oğlu Abbasov – 9 iyun 1992-ci il təvəllüdlüdür. Adıgeya respublikasında yaşayıb.

Rəşid İslam oğlu Nəbiyev – 17 may 1977-ci il təvəllüdlüdür. Krasnodar diyarının Apşeronsk şəhərində yaşayıb.

Rusiya–Ukrayna müharibəsi başlayandan bəri müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır.

Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!