"Kayzerslautern": “Mahirin üzərində əlavə testlər aparacağıq”

5 Yanvar 22:40 Bizimkilər 448
"Kayzerslautern": “Mahirin üzərində əlavə testlər aparacağıq”

"Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini tam sağaltmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, bunu klubun idman direktoru Marsel Klos mətbuat konfransında deyib.

O qeyd edib ki, yaxın 2-3 həftə ərzində Emreli meydana qayıda bilər: "Sabah (Bu gün. Açıqlama ötən gün verilib - red.) İvan və Mahir üzərində əlavə testlər aparacağıq.

Hər iki oyunçunun növbəti iki-üç həftə ərzində meydana qayıda biləcəyi ümidverici görünür. Lakin, hələ də dəqiq nəticələri gözləməliyik".

Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. O, artıq fərdi məşqlərə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu