Azərbaycanlı xarici klubdan ayrıldı, danışıqlara başladı

3 Yanvar 22:55 Bizimkilər 2 185
Azərbaycanlı xarici klubdan ayrıldı, danışıqlara başladı

Daha bir azərbaycanlı futbolçunun Kosovo karyerası başa çatıb.

Elmir Tağıyev “Drenitsa”da qalmaq istəməyib.

Özü bu barədə saytımıza açıqlamasında bildirib.

25 yaşlı yarımmüdafiəçi avqustda müqavilə bağladığı klubdan ayrılmaq arzusu ilə bağlı klub rəsmilərini məlumatlandırıb.

Həmyerlimizi bu addımı atmağa Kosovoda qarşılaşdığı bəzi çətinliklər məcbur edib. O, yaxın günlərdə azad agent statusuna yiyələnəcək.

Tağıyev hazırda Azərbaycanın və başqa ölkələrin klubları ilə danışıq aparır.

Karyerasını hansı ölkədə davam etdirəcəyi yaxın 10 gün ərzində məlum olacaq.

Elmir “Drenitsa” formasında 11 oyunda meydana çıxsa da, ünlü “transfermarkt” saytında 5 oyun göstərilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!