“Beşiktaş” Azərbaycan yığmasının vingerini istəyir?

3 Yanvar 00:40 Bizimkilər 584
“Beşiktaş” Azərbaycan yığmasının vingerini istəyir?

“Beşiktaş”da yeni transfer gözlənilir.

Sportinfo.az “Hüriyyet”ə istinadən xəbər verir ki, “Beşiktaş” komandanın kapitanı Orkun Kökçünün böyük qardaşı Ozan Canla müqavilə imzalamağa hazırlaşır.

Bu mövsüm “Volendam”da 17 rəsmi oyun keçirən, 1 qol vuran və 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından bəri Azərbaycanın 20 yaşadək, 21 yaşadək və böyüklər arasında milli komandalarında çıxış edib.

Əvvəllər isə Türkiyədə “Bursaspor” və “Giresunspor”da oynamış vingerin hazırkı bazar dəyəri 350 min avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti