Rüfət Abdullazadəni oynatmadılar, yenə uduzdular

20 Dekabr 2025 02:40 Bizimkilər 670
Rüfət Abdullazadəni oynatmadılar, yenə uduzdular

Xorvatiya çempionatında 18-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” öz meydanında “İstra 1961”i qəbul edib.

Abdullazadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Matç “Varazdin”in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da Abdullazadənin komandası ardıcıl ikinci tur xalsız qalıb.

Bu məğlubiyyətdən sonra 23 xalda qalan “Varazdin” 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!