Gənc mütəxəssis Amit Quluzadənin ölkə xaricinə yollana biləcəyini xəbər vermişdik.
Onun xidmətində Litvanın FK BE 1 klubu maraqlıdır.
Saytımıza açıqlama verən Quluzadə faktı təsdiqləyib və son duruma aydınlıq gətirib:
"Bəli, danışıqlar olub. Litva klubundan təklif almışam. Klubun prezidenti ilə birbaşa danışığımız olub.
Litvada mövsüm yeni bitib. Hələ zaman var, tələsmirik.
Danışıqlar uğurla gedir. Yəqin ki, yaxın 2-3 həftə ərzində məsləyə nöqtə qoyulacaq".
Xatırladaq ki, 33 yaşlı çalışdırıcı ötən mövsüm "Qaradağ Lökbatan"ı çalışdırıb.
XANOĞLAN / SPORTİNFO.AZ

