Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşa klubu “Motor”dakı taleyinə aydınlıq gəlib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı forvard qış fasiləsində komandasını dəyişməli olacaq.
Renatın əsas heyətə düşə bilmədiyi üçün Lublin klubunu tərk etmək istədiyi barədə ötən gün məlumat vermişdik. Artıq “Motor” rəhbərliyi də onun gedişinin tərəfdarıdır.
Klub qış fasiləsində 3 futbolçu ilə yolları ayırmağı planlaşdırır ki, onlardan biri də məhz həmyerlimizdir. Hətta klub tapacağı təqdirdə onun azad agent kimi keçidinə maneçilik törədilməyəcək.
Dadaşov “Motor”a mövsümün əvvəlində keçib. O, komandanın heyətində 12 oyunda iştirak edib.

